Ukrayna Bayraktarla Rusiya gəmisini məhv etdi - Video

Rusiyanın “Serna” layihəsinə aid desant gəmisi işğal altındakı Zmeynı adasının sahillərində pilotsuz uçuş aparatının hücumu nəticəsində məhv edilib.

Bu barədə Ukrayna Müdafiə Nazirliyi məlumat verib.

"Ukraynaya məxsus "Bayraktar TB2" daha bir gəmini məhv edib. Bu dəfə "Serna" layihəsinin desant gəmisi məhv edildi. Bu il mayın 9-da Rusiya Qara Dəniz Donanmasının ənənəvi paradı İlan adası yaxınlığında - dənizin dibində baş tutacaq", - məlumatda deyilir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ