Rusiya Ukraynada daha bir qondarma respublika yaradır

Ukraynanın Rusiya tərəfindən işğal edilən Xerson vilayətində separatçıların rəhbəri Kirill Stremousov bəyan edib ki, region gələcəkdə Rusiyanın tərkibinə daxil olacaq.

Buta.media-nın xəbərinə görə, onun sözlərini RİA Novosti sitat gətirir.

“Heç kim heç nəyə məcbur edilməyəcək, lakin əsl rus torpaqları öz tarixi istiqamətinə qayıtmalıdır. Biz Rusiya Federasiyasının tərkibində yaşamaq niyyətindəyik”, - deyə o bildirib.

Sepratçıların rəhbəri həmçinin əlavə edib ki, artıq indidən Xerson vilayəti Rusiya Federasiyasının regionları ilə əməkdaşlıq edir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ