Rusiya hərbçiləri sosial şəbəkələrdə RF müdafiə naziri Sergey Şoyqunu 2021-ci ilin iyul ayında dindirilməyə çağırıldığı Ukrayna Təhlükəsizlik Xidmətinin (UTX) Baş İdarəsinin binasından video yayıblar.
Buta.media xəbər verir ki, kadrlarda dağıdılmış kabinetlər görünür, kadr arxasında isə “Şoyqunu kim çağırırdı?” sualı səslənir.
Xatırladaq ki, 18 iyul 2021-ci il tarxidə Ukrayna Təhlükəsizlik Xidməti Rusiya müdafiə naziri Sergey Şoyqunu yazılı ittiham vermək və prosesual hərəkətlər etmək üçün dindirilməyə çağırmışdı.
Şoyqu “qanunla nəzərdə tutulmayan hərbi silahlı birləşmələri yaratmaqda” ittiham olunmuşdu. UTX ondan iyulun 20-də Mariupola Baş İdarəyə gəlməyi tələb etmişdi.