Havanada hoteldə partlayış: 22 ölü - VİDEO

Kubanın paytaxtı Havana şəhərində yerləşən Saratoga hotelində baş verən partlayış zamanı 22 nəfər ölüb.

Buta.media xəbər verir ki, mayın 6-da qaz sızması nəticəsində baş verən hadisə zamanı daha 64 nəfər yaralanıb, onlardan 14-ü uşaqdır.

Ölənə və yaralananlar arasında xarici vətəndaş yoxdur. Partlayış nəticəsində tarixi binanın fasadı dağılıb, yağıxnlıqda yerləşən tikililərə ziyan dəyib.

Qeyd edək ki, Havanada yerli Kapitoli ilə üzbəüz yerləşən Saratoga hoteli hadisə zamanı təmir işlərinə bağlanmışdı. Mehmanxana ayın 10-da açılmalı idi.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ