Ukrayna ABŞ-dan kəşfiyyat məlumatı aldıqdan sonra “Moskva” kreyserini vurub

NBC News, The Washington Post, The New York Times və CNN-in mənbələr bildiriblər ki, ABŞ Ukraynaya ukraynalılara Moskva raket kreyserini vurmağa icazə verən kəşfiyyat məlumatı verib.

Eyni zamanda, onların fikrincə, ABŞ Ukraynanın kreyseri vuracağını əvvəlcədən bilməyib və zərbə endirmə qərarında iştirak etməyib.

Pentaqonun sözçüsü Con Kirbi nəşrə cavab olaraq bildirib ki, Birləşmiş Ştatlar Moskva ilə bağlı “hədəf təyini üçün konkret məlumat” təqdim etməyib.

“Ukraynalıların Rusiya donanmasının gəmilərini izləmək və hədəfə almaq üçün öz kəşfiyyat imkanları var, bu halda da bunu ediblər”, Kirbi bildirib.

“Moskva” kreyseri aprelin 13-də batıb. Ukrayna hakimiyyəti gəminin raketlə vurulduğunu, Rusiya Müdafiə Nazirliyi səbəbini açıqlamadan gəmidə yanğının baş verdiyini bildirib. Agentliyin məlumatına görə, yanğın zamanı bir nəfər ölüb, daha 37 nəfər isə “itkin düşüb”. Lakin Qara Dəniz Donanmasının komandanlığına yaxın Meduza mənbəsi 37 ölü və 100-ə yaxın yaralıdan danışıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ