Rusiyanın Moldovaya hücum planı - Kəşfiyyat detalları açıqladı

Rusiyanın Moldovaya hücum ilə bağlı dəqiq planı var. Hücum mayın 9-da və ya yaxın günlərin birində baş verə bilər, səbəb kimi isə Dnestryanı separatçı respublikasının müstəqilliyinin tanınması olacaq.

Buta.media-nın xəbərinə görə, bu barədə 24-cü kanal əks-kəşfiyyat mənbələrinə istinadən məlumat yayıb.

Qeyd olunur ki, Rusiya ordusunun mümkün uğuru cənub-qərbdə ikinci cəbhənin açılmasına səbəb olacaq.

“İkinci cəbhənin açılması starteji əhəmiyyət daşıyır, belə ki Ukrayna Silahlı Qüvvələrinin əlavə şəxsi heyəti və texnikası cəlb olunacaq. Bundan əlavə bildirilir ki, Rusiya qoşunlarının regionda mövcudluğu Balkan ölkələrində siyasi vəziyyəti gərginləşdirəcək”.

Ukrayna kəşfiyyatının məlumatına əsasən, Rusiya hava desant qüvvələri İl-76 təyyarəsi və helikopterlərdə Dnestryanıda düşəcəklər. Təyyarə və helikopterlər işğal altında olan Krımdan uçacaqlar.

Rusiya desantı həmçinin Odessa vilayətinin Belqorod-Dnestrovsk və Saratski rayonlarına enərək buradan Dnestryanıya keçməyə cəhd edəcəklər.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ