İsveç və İran vətəndaşı Əhməd-Reza Cəlali İran Ali Məhkəməsinin hökmü ilə edam olunacaq.
Buta.media-nın xəbərinə görə, bu barədə ISNA agentliyi məlumat yayıb.
Cəlali İsrailin xarici kəşfiyyatı “Mossada” casusluq etməkdə ittiham edilib.
Qeyd olunur ki, Əhməd-Reza Cəlali İsrail kəşfiyyatına İranın nüvə proqramı ilə bağlı gizli məlumatları ötürüb, nəticədə iki alim ölüb.
Hökmə əsasən, Əhməd-Reza Cəlali mayın 21-ə qədər edam olunacaq.