Belarus hərbi texnikası Litva və Ukrayna sərhədlərinə irəlilədi - FOTO / VİDEO

Mayın 4-də səhər saatlarında Belarus hərbi texnikası Litva və Ukrayna sərhədlərinə doğru istiqamətlənib.

Buta.media-nın xəbərinə görə, bu barədə Twitter-də Belarusian Hajun project yazıb.

Saat 06:00-da 30 ədəd Belarus hərbi texnikası Minskdən Litva sərhədinə - M7 magistralı ilə hərəkət edib.

Videoda ZTR-82A və ZTR-80K zirehli transportyorları görüntülənib.

Saat 08:30-da Belarus Silahlı Qüvvələrinin S-300 raket komplekslərinin divizionu Brestdən Mokran istiqamətinə (Ukrayna sərhədi) - R17 magistralı ilə hərəkət edib.

Kolonda 25-30 ədəd texnika, o cümlədən 5P85 raket qurğuları və RLS 5N63 radiolokasiya stansiyaları da olub.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ