Ukrayna prezidenti Volodimir Zelenskiyə sülh müqaviləsinin imzalanması lazım deyil.
Buta.media-nın xəbərinə görə, bu barədə Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev öz Telegram kanalında yazıb.
“Zelenskiyə heç bir sülh müqaviləsi lazım deyil. Onun üçün sülh son deməkdir”, - paylaşımda deyilir.
Medvedev dəqiqləşdirib ki, sülh müqaviləsi imzalanandan sonra “Zelenskini ya nasistlər asacaq, ya da rəqibləri müharibəni uduzduğuna görə devirəcəklər”.