Zelenski düz etmir - Şoltsdan Ukrayna liderinə cavab

Almaniya kansleri Olaf Şolts bəyan edib ki, Ukrayna perzidenti Volodimir Zelenskinin Kiyevdə alman həmkarı Frank-Valter Ştaynmayeri qəbul etməkdən imtina etməsi Almaniya hökumət başçısının Kiyevə səfərini mümkünsüz edir.

Buta.media-nın xəbərinə o bu barədə ZDF-ə müsahibəsində deyib.

Şolts Ukraynaya səfərdən imtina etməsinin səbəbini açıqlayıb və dəqiqləşdirib ki, hələlik Kiyevə getməyə hazır deyil. Kanslerin fikrincə, Ukrayna liderinin Ştaynmayeri görmək istməməsi - əlamətdar hadisədir. Şoltsun sözlərinə görə, Ukrayna hakimiyyəti düz etmir. O Ukraynanın Berlindən aldığı iqtisadi və hərbi köməyin həcmini xatırladıb:

“Belə etmək olmaz. Bu qədər iqtisadi və hərbi kömək edən, təhlükəsizliyin təminatçısı olan ölkənin prezidentinə “gəlmə” demək olmaz”

Aprelin 12-də “Bild” nəşri Ukrayna hakimiyyətindəki mənbələrinə istinadən məlumat verib ki, Zelenski Almaniya prezidenti Frank-Valter Ştaynmayeri Moskva ilə əlaqələrinə görə qəbul etməkdən imtina edib. Ştaynmayer Ukraynaya aprelin 13-də səfər etməyi planlaşdırmışdı.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ