Çeçenistan rəhbəri Ramzan Kadırov bildirib ki, çeçen döyüşçülər separatçı Luqansk Xalq Respublikasının qüvvələri ilə birgə LXR-də irimiqyaslı əməliyyat keçiriblər.
Buta.media-nın xəbərinə görə, o bu barədə öz Telegram kanalında yazıb.
Kadırov qeyd edib ki, “Axmat” xüsusi bölməsinin döyüşçüləri separatçı LXR-in qüvvələri ilə birgə bütün cəbhə boyu - Cənub qəsəbəsində yerləşən “Zarya” zavodundan Voyevodka yaşayış məntəqəsinə qədər hücuma keçiblər. Bildirilir ki, hücum nəticəsində Ukrayna qoşunları geri çəkilməyə məcbur olublar.
Bundan əlavə Kadırov bəyan edib ki, Ukrayna SQ-nin döyüş meydanında qoyub qaçdığı silah-sursat götürülüb.
“Ukraynalılar panika içində idilər, onlar öz bölmələrini artilleriya atəşinə tuturdular”, - Kadırov yazıb.