Buça qətliamının ilk şübhəlisi açıqlandı - FOTO

Ukraynanın Buça şəhərində törədilən qətliamda şübhəli bilinin ilk şəxsin adı açıqlanıb.

Buta.media-nın xəbərinə görə, bu barədə Ukraynanın Baş prokuroru İrina Venediktova Facebook hesabında yazıb.

Venediktova bildirib ki, Buça qətllərində ilk şübhəli şəxsin Rusiya Milli Qvardiyasının komandiri Sergey Kolotsey olduğu müəyyən edilib.

“Buça prokurorluğu və polislər müəyyən ediblər ki, Sergey Kolotsey martın 18-də şəhərdə dörd silahsız kişini öldürüb. Martın 29-da isə o mülki vətəndaşa işgəncə verib və onu istehza ilə edam edib. Belə ki, Kolotsey yerli sakini evlərin birinin zirzəmisinə salaraq onu əlləri, avtomatın qundağı və bıçağın arxası ilə döyüb. Kişini edam yerinə çıxararaq qulağından güllə ilə vurublar. Qurbanın qorxudulması üçün onu ölü insanın meyitini iyləməyə məcbur ediblər”, - baş prokuror yazıb.

Venediktova əlavə edib ki, Kolotsey Buçadakı vəhşiliklərdən sonra Ulyanovska yağmalanmış mallar göndərib.

Toplanmış materiallar əsasında onun barəsində cinayət işi açılıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ