Rusiyanın Təl-Əvivdəki səfiri Anatoli Viktorov RF xarici işləri naziri Sergey Lavrovun sözlərindən sonra İsrail XİN-ə çağırılıb.
Buta.media-nın xəbərinə görə, Viktorovdan Sergey Lavrovun “bağışlanılmaz ifadələri” ilə bağlı izahat tələb olunub.
İsraildə Lavrovun çıxışını dəhşətli tarixi səhv adlandırıblar.
“Yəhudiləri antisemitizimdə ittiham etmək - yəhudilərə qarşı irqçiliyin ən aşağı səviyyəsidir”, - deyə İsrail XİN-nin məluamtında bildirilir.
Qeyd edək ki, Sergey Lavrov İtaliyanın “Mediaset” telekanalına müsahibəsində Hitlerin yəhudi qanı olduğunu deyib və əlavə edib ki, ən qatı antisemitlər yəhudilərin özləridir.