Zelenski Türkiyəni tənqid etdi - Belə olmaz

Ukrayna prezidenti Volodimir Zelenski Türkiyə və Yunanıstanı tənqid edərək ikili standartlardan əl çəkməyə çağırıb.

Buta.media-nın xəbərinə görə, ERT nəşrinə müsahibəsində Zelenski bildirib ki, uzun illərdir Rusiya turizmi Yunanıstan və Türkiyəyə böyük pullar gətirir.

“Biz hesab edirik ki, onlar qanla pul qazanırlar, sonra bu pulları Türkiyə və Yunanıstana aparırlar. Bir tərəfdən, Türkiyə Rusiya-Ukrayna danışıqlarında vasitəçi kimi çıxış edir, Ukraynanı vacib məsələlərdə dəstəkləyir, digər tərəfdən isə biz görürük ki, Türkiyə rusiyalı turistlər üçün xüsusi marşrutlar hazırlayır. Və əgər biz bu gün dost münsaibətdə olmaq istəyiriksə, mən prezident kimi bunu deməliyəm. Belə olmaz, belə olmamalıdır”, - Zelenski bəyan edib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ