Rusiya-Ukrayna müharibəsi mayın 9-da bitəcək? - Lavrov açıqladı

Rusiya xarici işlər naziri Sergey Lavrov İtaliyanın “Mediaset” telekanalına müsahibəsində Ukraynadakı müharibənin bitməsinin mümkün tarixi barədə danışıb.

Buta.media-nın məlumatına görə, nazir bildirib ki, Rusiya qoşunları “süni şəkildə bu tarixi hansısa əlamətdar günə salmayacaq”. Söhbət 9 may tatixindən gedir.

“Ukraynada “xüsusi əməliyyatın” tempi, ilk növbədə, mülki əhali və Rusiya hərbçiləri arasında itkilərin minimuma endirilməsindən asılıdır.

Aprelin 30-da Lavrov bəyan etmişdi ki, Rusiya Ukraynada qarşıya qoyulan bütün hədəflərə çatdıqdan sonra hərbi əməliyyatları yekunlaşdıracaq.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ