Mən daha dözə bilmirəm - Hitlerin intiharının yeni təfərrüatı üzə çıxdı

Rusiya Federal Təhlükəsizlik Xidməti nasist Almaniyasının lideri Adolf Hitlerin 1945-ci ildə intiharı ilə bağlı arxiv sənədləri açıqlayıb.

Buta.media-nın xəbərinə görə, söhbət Üçüncü reyxin liderinin sabiq pilotu Hans Baurun işindəki sənədlərdən gedir.

Baur Hitlerin bunkerində intihardan əvvəl və sonra baş verənlərə bağlı vaxtıilə ifadə verib. O açıqlamasında bildirib ki, fürerin yaxın ətrafı 1945-ci ilin aprelin sonlarına qədər onun planları barədə heç nə bilməyib.

Baurun xatirələrinə əsasən, intihardan bir neçə saat əvvəl Adolf Hitler ona sadiq xidmətə görə təşəkkür edib və Rembrandtın çəkdiyi Böyük Fridrixin portretini bağışlayıb. Pilot xatırlayır ki, Hitler qocalmışdı və əlləri əsirdi:

“Mənim əsgərlərim daha dözə bilmirlər. Mən buna tab gətirə bilmirəm”, - sabiq pilot Hitlerin sözlərini xatırlayıb.

İstintaq zamanı Baur qeyd edib ki, 1945-ci ilin aprelin 30-da bunkeri axşam saat 6-7 radələrində tərk edib və 9-da qayıdıb. Bu zaman Hitler və Yeva Braun artıq ölmüşdülər, əsgərlər bildiriblər ki, onların cəsədləri imperiya bağında yandırılır.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ