Fransa Rusiyanın qaz tədarükünü dayandırmasını şantaj adlandırıb

Fransa Rusiyanın qaz tədarükü ilə bağlı hərəkətlərini şantaj hesab edir. RİA Novosti xəbər verir ki, bu barədə Fransa Xarici İşlər Nazirliyinin nümayəndəsi bildirib.

Belə ki, o, Rusiya qazının Polşa və Bolqarıstana nəqlinin dayandırılmasını şərh edib. Fransa rəsmisi hazırkı vəziyyəti Avropanın Rusiya qazından enerji asılılığının azaldılması zərurətinin xatırladılması adlandırıb.

Fransa Xarici İşlər Nazirliyinin nümayəndəsi əlavə edib ki, ölkə regionu etibarlı enerji təchizatı ilə təmin etmək və Rusiya qazına alternativ tapmaq üçün Avropa İttifaqındakı tərəfdaşlarla əməkdaşlıq edir.

Bundan əvvəl “Qazprom” Bolqarıstan və Polşaya mövcud müqavilələr çərçivəsində qaz tədarükünü tamamilə dayandırmışdı. Nasosların dayandırılmasına səbəb bu ölkələrin rublla ödənişdən imtina etməsi olub.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ