Rusiya Polşaya qaz tədarükünü dayandırdı

Polşanın PGNIG neft-qaz şirkəti Qazprom-dan aprelin 27-dən etibarən qaz tədarükünü dayandırmaq barədə bildiriş alıb.

Bundan əvvəl Polşanın “Onet” və “Kommersant” nəşrlərinin PGNIG-dəki mənbələri Rusiya qazının Polşaya nəqlinin aprelin 26-da dayandırıldığını bildirmişdilər. Qazprom bunu təkzib edərək bildirib ki, çatdırılma davam edir.

Eyni zamanda, "Qazprom"dan bildiriblər ki, aprelin 26-da Polşa qaz tədarükünə görə yeni qaydalara görə - rus rublu ilə ödəniş etməyə borcludur. Varşava bundan imtina edir.

"Qaz tədarükünün şaxələndirilməsi üzrə dövlət strategiyasının həyata keçirilməsi sayəsində PGNiG müxtəlif istiqamətlərdən qaz almağa hazırdır... Bu, özünün qaz hasilatı və yeraltı anbarlarda toplanmış yanacaq ehtiyatları ilə tamamlanır", - PGNIG-nin bəyanatında deyilir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ