Tiraspolda partlayışlar: Dnestryanıda müharibə başlayır? - Yeni gərginlik

Moldovanın Dnestryanı bölgəsinin Mayak qəsəbəsində partlayışlar baş verib.

Buta.media UNİAN-a istinadən xəbər verir ki, qəsəbədə iki rabitə qülləsi və Ukrayna sərhədindən 20 kilometr aralıda yerləşən “Mayak” radiotelemərkəzi partladılıb.

Məlumata görə, radiotelemərkəzin əsas sifarişçiləri Rusiya televiziya və radio yayım şəbəkəsi və “Transworld Radio” idi.

Xatırladaq ki, aprelin 25-də Tiraspolda separatçı Dnestryanı respublikasının Dövlət Təhlükəsizlik Nazirliyinin binasının yaxınlığında da partlayış səsləri eşidilib. Sonradan bildirilib ki, binaya qumbaraatanlardan atəş açılıb. Hadisənin Rusiyanın təxribatı olduğu ehtimal edilir.

Bütün bu hadisələr fonunda rusiyalı səhra komandiri, ehtiyatda olan zabit İqor Qirkin (Strelkov) yazır ki, “Rumıniya-Ukrayna” koalisiyası Dnestryanı bölgəsini ruslardan təmizləməyə hazırlaşır. 

“Artıq məlumatlar var ki, Rumıniya ərazisində Moldova hərbi geyimlərində olan hərbçilər hazırlıqlara başlayıblar. Bundan əlavə Ukrayna bölmələri  Dnestryanı ilə sərhəddə cəmləşiblər”, - deyə o bildirib.

Strelkov iddia edir ki, Ukrayna hərbi komandanlığı Dnestryanıda hərbi sursat anbarını ələ keçirmək istəyir, belə ki, burada sovet istehsalı olan artilleriya sistemləri üçün kifayət qədər sursat var.

İqor Qirkin Moldova hökumətinin müharibədən qorxduğunu, lakin komanda gəldikdə çıxılmaz vəziyyətə düşücəklərini yazır.

“Separatçı Dnestryanı respublikaüsının ordusu iki tərəfdən hücuma tab gətirməyəcək. Rusiya Silahlı Qüvvələri isə hazırda onalara kömək etməyə gücündə deyil”, - Strelkov yazır.

Bundan əlavə yerli telekanallar bildirirlər ki, artıq bir çox təyyarələr Moldova üzərində uçuşları dayandırıblar.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ