Çeçenistan rəhbəri Ramzan Kadırov “Şeyx Mənsur və Dudayevin batalyonları”nın yeri barədə məlumat verənə milyon dollar mükafat veriləcəyini açıqlayıb.
Buta.media-nın xəbərinə görə, o bu barədə öz Telegram kanalında müraciət yayıb.
Kadırov qeyd edib ki, Mariupolda qaçması ehtimal olunan “Şeyx Mənsur və Dudayevin batalyonları”nın komandirinin sənədləri tapılıb.
““Şeyx Mənsur və Dudayevin batalyonları”nın döyüşçülərinin yeri barədə məlumata görə bir milyon dollar mükafat elan edirəm. Məlumat yüz fazilik olmalıdır, biz onları əldən buraxmamalıyıq. Ya onları məhv edəcəyik, ya da diz çöküb bütün xalqımızdan, bütün müsəlmanlardan üzr istəyəcəklər”, - Çeçenistan rəhbəri yazıb.