Ukraynadakı müharibə nə ilə bitəcək? - Lavrov açıqladı

Ukraynadakı münaqişə müqavilə ilə başa çatacaq, lakin onun parametrləri hərbi əməliyyatların sazişin bağlandığı mərhələsi ilə müəyyən ediləcək

Buta.media-nın xəbərinə görə, bu barədə RF XİN başçısı Sergey Lavrov bəyan edib.

O qeyd edib ki, hazırda baş verən hadisələr və Ukrayna tərəfi ilə hipotetik sülh müqaviləsi arasında əlaqə var.

“Silahlı qüvvələrin tətbiqi zamanı hər bir vəziyyətdə olduğu kimi, əlbəttə ki, hər şey müqavilə ilə başa çatacaq. Lakin bu müqavilənin parametrləri hərbi əməliyyatların sazişin reallaşacağı mərhələsi ilə müəyyən ediləcək”, - nazir bildirib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ