İlon Mask Twitter-i aldı

Amerikalı milyarder, “SpaceX” və “Tesla” şirkətlərinin qurucusu İlon Mask tviter sosial şəbəkəsini alıb.

Bu barədə Reuters xəbər verir.

Qeyd edilir ki, o, bunun üçün 44 milyard ABŞ dolları ödəyib.

Tviter sosial şəbəkəsinin rəhbərliyi xəbəri təsdiqləyib. “Twitter, Inc.” bu gün elan etdi ki, tam mülkiyyətində olan İlon Mask şirkəti tərəfindən hər bir səhm üçün 54,2 dollara, təqribən 44 milyard dollar dəyərində sövdələşməyə imza atıb”, - sosial şəbəkənin xəbərində bildirilir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ