Mariupol yaxınlığında kütləvi məzarlıq tapılıb

Rusiya qoşunlarının işğal etdiyi Starıy Krım kəndindəki qəbiristanlığın ərazisində qazılmış məzar yerləri görünüb.

İlk qazılmış xəndəklər martın 24-nə, yəni martın 10-da qəsəbə işğal edildikdən sonra peykdən çəkilmiş görüntülərdə var. Aprelin 24-də peykdən çəkilmiş görüntüdə yeni xəndəklər göstərilib - onların uzunluğu 200 metri keçib.

Mariupol meri Vadim Boyçenko deyib ki, hakimiyyət Rusiya hərbçilərinin Mariupolun ölmüş sakinlərinin cəsədlərini çıxardığı Starı Krımdakı kütləvi məzarlıqdan xəbərdardır.

Bundan əvvəl Mariupol hakimiyyəti Manquş kəndində (Mariupoldan 20 kilometr aralıda), həmçinin Vinoqradnoye kəndində (Mariupoldan 5-6 kilometr aralıda) daha bir kütləvi məzarlıq barədə məlumat vermişdi.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ