Qazaxıstanın sabiq Prezidenti Nursultan Nazarbayevin qızı Dariqa Nazarbayeva ölkə Senatının sədri seçilib.
Buta.media TASS-a istinadən xəbər verir ki, bunu səsvermənin nəticələri göstərir.
Dariqa Nazarbayevanın Qazaxıstan Parlamenti Senatının sədri vəzifəsinə namizədliyini ölkə Prezidenti Kasım-Jomart Tokayev təklif edib.