Solovyov: Zelenski məni öldürmək istəyir - VİDEO

Rusiya Federal Təhlükəsizlik Xidməti jurnalist Vladimir Solovyova sui-qəsdin qarşısını alıb.

Buta.media-nın xəbərinə görə, qurumun məlumatında bildirilir ki, RF İstintaq Komitəsi və FTX əməkdaşlarının birgə keçirdikləri əməliyyat nəticəsində “National Socialism/White Power” təşkilatının üzvləri saxlanılıblar.

Qeyd olunur ki, onlar Ukrayna Təhlükəsizlik Xidmətinin tapşırığı ilə rusiyalı jurnalist Vladimir Solovyovu öldürməyi planlaşdırmışdılar.

Əməliyyat-axtarış nəticəsində şübhəli şəxslərdən kustar üsulla hazırlanmış partlayıcı qurğu, Molotov kokteylləri, tapançalar, tüfəng, əl qumbarası, güllələr, narkotik və saxta Ukrayna pasportları aşkarlanıb.

Öz növbəsində, aparıcı Vladimir Solovyov bəyan edib ki, onu Ukrayna prezidenti Volodimir Zelenski aradan götürmək istəyir. Jurnalistin sözlərinə görə, Ukrayna lideri öz yaxın dairəsində onunla bağlı narazılığını bildirib.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ