Yaşasın Ukrayna? - Pentaqon rəhbəri ilə Zelenskinin maraqlı dialoqu - VİDEO

Bu gün Ukraynanın Kiyev şəhərində ölkə Prezidenti Volodimir Zelenski ilə ABŞ-ın Dövlət katibi Entoni Blinken və müdafiə naziri Lloyd Ostin arasında görüş keçirilib.

Buta.media-nın məlumatına görə, görüşdən əvvəl maraqlı an yaşanıb.

Belə ki, Ostin Zelenskiyə yaxınlaşaraq “Yaşasın Ukrayna?” deyib. Ukrayna Prezidenti isə cavabında bildirib: “Bəli, yaşasın qəhrəmanlar”.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ