Rusiyada neft bazası vuruldu, dəmir yolu sıradan çıxarıldı - FOTO / VİDEO

Rusiyanın Bryansk şəhərində “Rosneft”in neft anbarında yanğın baş verib.

Buta.media-nın xəbərinə görə, hazırda neft rezervuarları yanır.

İlkin məlumata əsasən, hadisə nəticəsində xəsarət alan yoxdur. Şahidlər bildiriblər ki, yanğından əvvəl partlayış səsləri eşidiblər. 

Bundan əlavə Bryanskda hərbi hissəyə aparan dəmir yolu zədələnib. Qeyd olunur ki, həmin yolla Rusiya ordusunun hərbi texnikası hərəkət edirdi.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ