Rəsmi Moskva Vaşinqtona Kiyevə silah tədarükünü dayandırmaqla bağlı nota göndərib.
Buta.media-nın xəbərinə görə, bu barədə “Rossiya-24” telekanalına müsahibəsində Rusiyanın ABŞ-dakı səfiri Anatoli Antonov deyib.
Diplomatın sözlərinə görə, Birləşmiş Ştatlar ümumilikdə Kiyevə 800 milyon dollarlıq silah göndəriblər. Səfir qeyd edib ki, bu böyük rəqəmdir və “heç cür münaqişənin diplomatik yolla həllinə kömək etmir”.
“Biz onlara nota vermişik və vurğulamışıq ki, ABŞ-ın Ukraynanı silahla təmin etməsi qəbuledilməzdir. Onlardan bu praktikanı dayandırmağı tələb etmişik”, - Antonov bildirib.