Bir aydır günəş işığı görmürlər - Mariupol sakinlərinin cəhənnəm əzabı - VİDEO

“Azov” polku Rusiyanın zərbələrindən Mariupolda yeraltı sığınacaqda gizlənən dinc sakinlərin görüntülərini yayıb.

Buta.media-nın xəbərinə görə, görüntülərdə qadınlar deyirlər ki, onların bir neçə günlük su və yemək ehtiyatları qalıb.

Onların sözlərinə əsasən, uşaqlar atəş səslərinə görə yata bilmirlər. Onlar həmçinin bir aydan çoxdur ki, günəş işğı görmürlər.

İnsanlar çirkli əşyaların üstündə yatdıqlarını göstərirlər. Onlar Ukrayna höküumətindən kömək istəyirlər.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ