Ərdoğan: Türkiyə Ukrayna üçün təhlükəsizliyin təminatçısı olmağı hazırdır

Aprelin 24-də Ukrayna prezidenti Volodimir Zelenski və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı baş tutub.

Buta.media-nın xəbərinə görə, söhbət zamanı tərəflər Rusiya-Ukrayna danışıqlarını və təhlükəsizlik təminatı ilə bağlı məsələləri müzakirə ediblər.

Ərdoğan tərəflərə danışıqlar zamanı bütün mümkün dəstəyi göstərməyə hazır olduğunu bildirib. Bundan əlavə, o bəyan edib ki, Türkiyə ümumilikdə Ukrayna üçün təhlükəsizliyin təminatçısı olmağı müsbət qiymətləndirir.

Türkiyə lideri həmçinin Mariupolda vəziyyəti “kədərləndirici” adlandıraraq yaralıların və dinc sakinlərin təxliyəsinin təmin olunmasının zəruriliyini vurğulayıb.

Öz növbəsində Zelenski Ərdoğana “Azovstal” zavodunda mühasirədə qalan hərbçilərin dərhal dəyişdirlməsinin vacibliyini bildirib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ