Ukraynada Rusiyanın iki generalı öldürüldü

Aprelin 22-də Ukrayna hərbçiləri Xerson vilayətində yerləşən Rusiya SQ-nin 49-cu Əlahiddə Ümumqoşun Ordusunun komanda məntəqəsinə zərbələr endiriblər.

Buta.media-nın xəbərinə görə, bu barədə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi məlumat yayıb.

Qurumdan bildiriblər ki, hücum nəticəsində Rusiya ordusunun iki generalı məhv edilib, biri isə ağır yaralanaraq kritik vəziyyətdə təxliyə olunub.

“Şəxsi məlumatlar dəqiqləşdirilir. Hərbi kəşfiyyat maksimum zərər yetirmək üçün növbəti hədəfləri axtarır”, - deyə məlumatda qeyd olunur.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ