Şolz: Qaza qadağa qoyulması hərbi əməliyyatları dayandırmayacaq

Rusiya qazının Almaniyaya tədarükünə qadağa qoyulmasının Ukraynadakı hərbi əməliyyatları dayandırması ehtimalı azdır, bunu Almaniya kansleri Olaf Şolz “Spiegel” nəşrinə müsahibəsində deyib.

Jurnalist Şolzdan Almaniyanın niyə Ukraynanı dəstəklədiyini, lakin onun təcili qaz embarqosu ilə bağlı tələblərinə əməl etmədiyini soruşub.

“Birincisi, qaz embarqosunun müharibəni bitirə biləcəyini ümumiyyətlə görmürəm. Putin iqtisadi arqumentlərə açıq olsaydı, heç vaxt bu sərsəm müharibəyə başlamazdı. İkincisi, özlərini elə aparırlar ki, guya biz bunu mənfəət üçün edirik. Amma məsələ ondadır ki, biz dramatik iqtisadi böhrandan, milyonlarla iş yerinin və bir daha açılmayacaq fabriklərin itirilməsindən qaçmaq istəyirik. Bu, həm ölkəmiz, həm bütün Avropa üçün ciddi nəticələr verərdi, həm də Ukraynanın bərpasının maliyyələşdirilməsinə ciddi təsir edərdi. Ona görə də deməliyəm: biz buna imkan verə bilmərik. Üçüncüsü, heç kim qlobal nəticələr haqqında düşünürmü?”.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ