Ukraynadakı “xüsusi əməliyyatın” ikinci mərhələsində Rusiya qoşunlarının vəzifəsi Donbass və Ukraynanın cənubuna tam nəzarəti bərqərar etmək və Krıma quru dəhlizi təmin etməkdir. Bu barədə aprelin 22-də Sverdlovsk vilayətinin Müdafiə Sənayesi İttifaqının iclasında Mərkəzi Hərbi Dairə komandanı vəzifəsini icra edən Rüstəm Minnekayev məlumat verib.
Xüsusi əməliyyatın ikinci mərhələsi başlayandan Rusiya ordusunun vəzifələrindən biri Donbass və Ukraynanın cənubuna tam nəzarəti bərqərar etməkdir. Bu, Krıma quru dəhlizi təmin edəcək, həmçinin Ukrayna iqtisadiyyatının həyati əhəmiyyətli obyektlərinə təsir göstərəcək.
Eyni zamanda, Minnekaev qeyd edib ki, Ukraynanın cənubuna nəzarət “rusdilli əhalinin sıxışdırılması faktlarının mövcud olduğu” Dnestryanı əraziyə çıxış əldə etməyə imkan verəcək.
“Görünür, biz indi bütün dünya ilə müharibə vəziyyətindəyik, Böyük Vətən Müharibəsində olduğu kimi, bütün Avropa, bütün dünya bizə qarşı idi. İndi də belədir, onlar heç vaxt Rusiyanı sevməyiblər”, - deyə hərbçi əlavə edib.