Müharibənin 57-ci günündə Vladimir Putin müdafiə naziri Sergey Şoyqu ilə görüşündə gözlənilmədən Ukrayna ordusunun son dəstələrinin müdafiəni saxladığı “Azovstal” zavoduna hücuma ehtiyac olmadığını bildirib.
Elə həmin gün Ramzan Kadırov “Mariupolun məhv edilməsi və təmizlənməsi üzrə xüsusi əməliyyatın tamamilə başa çatdığını” elan edib.
Mariupol hakimiyyəti Manquş kəndində şəhərin “minlərlə” dinc sakininin dəfn oluna biləcəyi kütləvi məzarlığın aşkar edildiyini açıqlayıb. Dünya Bankının hesablamalarına görə, Rusiyanın işğalı nəticəsində Ukraynada binalara və infrastruktura dəyən ziyan 60 milyard dollar təşkil edib. Günün əsas fotoları.