Rusiyanın Qara dəniz donanmasının komandiri tutuldu

Rusiya Federasiyasının Qara dəniz donanmasının komandiri, admiral İqor Osipov vəsifəsindən azad olunaraq həbs edilib.

Buta.media-nın xəbərinə görə, bu barədə Ukraynanın “Korrespondent” nəşri öz mənbərləinə istinadən məlumat yayıb.

Qeyd olunur ki, Osipovun həbsi “Moskva” kreyserinin Ukrayna ordusu tərəfindən vurulması ilə bağlıdır. Belə ki, hadisədən sonra donanmanın komandanlığında günahkarları axtarmağa başalyıblar və Osipovu həbs ediblər.

Onunla yanaşı qərargah rəisi, vitse-admiral Sergey Pinçuk barəsində də araşdırma başlayıb.

Nəşr əlavə edir ki, Qara dəniz donanmasına müvəqqəti vitse-admiral Arkadi Romanov rəhbərlik edəcək.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ