Kadırov Mariupolun ələ keçirildiyini bəyan etdi

Çeçenistan rəhbəri Ramzan Kadırov bəyan edib ki, Rusiya qoşunları Ukraynanın Mariupol şəhərini ələ keçiriblər.

Buta.media-nın xəbərinə görə, o bu barədə öz Telegram kanalında yazıb.

Kadırov izah edib ki, ərazi “milliyətçilərdən” təmizlənib. Bundan əlavə “Azovstal” metallurgiya kombinatının inzibati binası nəzarətə götürülüb.

“Mənim əziz qardaşım Adam Delimxanovun rəhbərliyi altında Çeçenistan güc strukturlarının əməkdaşları Rusiya qoşunları ilə birgə şəhəri birdəfəlik götürüblər”, - respublikanın başçısı yazıb.

Kadırov sözlərinə əsasən, şəhərin ələ keçirilməsi “ukraynalı milliyətçilərin” tətbiq etdiyi döyüş taktikasına görə çətinləşmişdi. Onlar atəş nöqtələrini yaşayış evlərinin yaxınlığında yerləşdirirdilər və bununla rusiyalı hərbçilərə çətinlik yaradırdılar. 

Sonda Çeçenistan rəhbəri Mariupolun “azad edilməsində” əməyi olan döyüşçələrə minnətdarlığını bildirib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ