“Azov” polku Mariupoldan çıxmağa hazırdır - Şərtlər açıqlandı - VİDEO

“Azov” polku Mariupolu silahla, yaralılarla və əsir düşməmək şərti ilə tərk etməyə hazırdır.

Buta.media-nın xəbərinə görə, bu barədə “Azov”un komandir müavini Svyatoslav Palamar deyib.

Daha bir şərt isə ölən ukraynalı hərbçilərin cəsədlərinin götürülməsi ilə bağlıdır.

Palamar bildirib ki, dinc sakinlər sonuncu ukraynalı hərbçilərin gizləndiyi “Azovstal” zavodunun ərazisindən çıxa bilmirlər, belə ki, Rusiya ordusu atəşi dayandırmır.

O həmçinin qeyd edib ki, Ukrayna nümayəndələri David Araxamiya və Mixail Podolyak Mariupola Ukrayna hərbi qarnizonunun sağ qalan əsgərlərinin təxliyəsi ilə bağlı Rusiya nümayəndələri Vladimir Medinski və Leonid Sluçki ilə danışıqlara gəlməyə hazırdırlar.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ