Rusiya “Sarmat”ı sınaqdan keçirdi - VİDEO

Rusiyanın Arxangelsk vilayətində sınaqlar üçün nəzərdə tutulmuş “Pleseçk” dövlət kosmodromunda “Sarmat” qitələrarası ballistik raketinin buraxılışı həyata keçirilib.

Buta.media-nın xəbərinə görə, bu barədə RF Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd edilir ki, bu “Sarmat”ın ilk sınaq buraxılışıdır. Sınaqlar bitəndən sonra “Sarmat” RF Strateji Raket Qoşunlarının silahlanmasına daxil ediləcək.

Rusiya Müdafiə Nazirliyindən bidliriblər ki, hazırda Krasnodar vilayətinin Ujur raket birləşmələsində yeni silaha keçidə hazırlıq gedir: “Sarmat” “Voyevoda”nı əvəz edəcək.

Yeni raket müxtəlif uçuş trayektoriyalarından istifadə edərək uzaq məzsəfələrdə hədəfi vurmağı bacarır. Həmçinin qeyd olunur ki, “Sarmat” istənilən raket əleyhinə müdafiə sistemini yan keçə bilir. 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ