Ukraynanın Rubejnoye şəhəri Rusiya qoşunlarının nəzarəti altına keçib.
Buta.media-nın xəbərinə görə, bu barədə Çeçenistan rəhbəri Ramzan Kadırov öz Telegram kanalında məlumat verib.
““Ahmat” təlim-tədris mərkəzinin xüsusi təyinatlıları Rusiya hərbçiləri ilə birgə şəhərdən nasistləri çıxarıblar”, - Kadırov yazıb.
O əlavə edib ki, bölmənin komandirini müavini Haseyn Muduyev şəhərin girişinə Çeçenistan bayrağını asıb.