Böyük Britaniyanın baş naziri Boris Conson Rusiya hökumətini Mariupolda əsir götürülən britaniyalılara qarşı mərhəmətli olmağa çağırıb.
Buta.media xəbər verir ki, baş nazir bu barədə parlamentdə deputatlar qarşısında çıxışı zamanı deyib.
“Biz əsirlərə qarşı mərhəmətli olmağa çağrırıq”, - Boris Conson deyib. O qeyd edib ki, əsir götürülənlər Ukrayna Silahlı Qüvvələrinin hərbçiləridirlər, muzdlu döyüşçülər deyillər.
Bununla yanaşı baş nazir bildirib ki, hökumət britaniyalıların Ukraynada döyüşlərə qatılmasına qarşıdır.
Qeyd edək ki, aprelin 18-də əsir düşmüş iki britaniyalı — Şon Pinner və Eyden Eslin — Consondan onları Ukrayna ordusu tərəfindən əsir götürülən Vladimir Putinin MDB məkanında ən yaxın adamlarından biri sayılan Viktor Medvedçuka dəyişməsini təklif ediblər.