Ukraynada “xüsusi əməliyyat”ın yeni mərhələsi başlayır.
Buta.media-nın xəbərinə görə, bu barədə Rusiya XİN rəhbəri Sergey Lavrov “İndia Today” telekanalına açıqlamasında deyib.
“Əməliyyat davam edəcək, hazırda xüsusi əməliyyatın yeni mərhələsi başlayır. Və, mən hesab edirəm ki, bu əməliyyatın vacib anıdır”, - Lavrov deyib.
Qurum rəhbəri qeyd edib ki, xüsusi əməliyyat qondarma Donetsk və Luqansk respublikalarının “tam azad edilməsinə” yönəlib.
Nüvə silahından istifadənin mümkünlüyü barədə sualı cavablandıran Lavrov bildirib ki, Rusiya hazırki mərhələdə yalnız adi silahlardan istifadə edəcək.