“Moskva” kreyserində 37 nəfər ölüb - Yüzdən çox dənizçi yaralanıb

“Moskva” raket kreyserinin Ukrayna ordusu tərəfindən vurulması nəticəsində ekipajın 37 üzvü ölüb. 

Buta.media-nın xəbərinə görə, bu barədə “Meduza”ya Rusiya HDQ-nin Qara dəniz donanmasına yaxın mənbə məlumat verib.

Onun sözlərinə əsasən, aprelin 15-də ölənlərin cəsədləri Sevastopola gətirilib. Hadisə nəticəsindən daha yüzə yaxın matrosun yaralandığı bildirilir - onların dəqiq sayı məlum deyil. Gəmidə ümumilikdə 500 nəfər olub.

Rəsmi olaraq, Rusiya Müdafiə Nazirliyi “Moskva” kreyserinin ekipaj üzvləri arasında ölənlər barədə məlumat verməyib. Qurum bəyan edib ki, ekipaj üzvlərinin hamısı təxliyyə edilib. 

Bununla belə gəmi ilə vida mərasimində jurnalistlər “Gəmiyə və dənizçilərə” yazısı olan matəm lenti görüblər. Gəminin batmasından bir gün sonra isə Rusiya HDQ-nin baş komandanı admiral Nikolay Yevmenovla görüşdə ekipaj üzvlərindən yalnız 100 nəfər iştirak edib.

Bundan əlavə RF Müdafiə Nazirliyi bildirib ki, kreyser döyüş sursatının partlaması nəticəsində baş verən yanğın zamanı zədələnib və batıb. Lakin Ukrayna tərəfi Qara dənizdə kreyseri
“Neptun” gəmi əleyhinə raketlə vurduqlarını açıqlayıb. Nəşrin mənbəsi də, gəminin məhz Ukrayna raketi ilə vurulduqdan sonra batdığını təsdiqləyib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ