Ukrayna ordusu “Sezar Kunikov” gəmisinin kapitanını məhv etdi - FOTO

Rusiya Qara dənizi donanmasının böyük desant gəmisi “Sezar Kunikov”un komandiri Aleksandr Çirva Ukrayna hərbçiləri tərəfindən öldürülüb.

Buta.media-nın xəbərinə görə, bu barədə Sevastopol qubernatoru Mixail Razvojayev öz Telegram kanalında məlumat verib.

Razvojayev bildirib ki, orta ranq kapitanı Ukrayna hərbçiləri ilə döyüşdə aldığı yaralardan vəfat edib. 

Çirva Sevastopolda doğulub və Rusiya Popov adına Radioelektronika Hərbi-Dəniz İnstitutunu bitirib. 

Qeyd edək ki, bundan əvvəl Ukraynada Rusiya ordusunun general-mayoru Vladimir Frolovun öldürülməsi barədə xəbər verilib. O Sankt-Peterburqda dəfn edilib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ