Medvedçuk Putinə onu Mariupoldakı hərbçilərlə dəyişməyi təklif edib

Həbsdə olan Medvedçuk Ukrayna və Rusiya prezidentlərinə onu “Mariupolun müdafiəçiləri və orada olan və humanitar dəhlizlərlə təhlükəsiz çıxış imkanı olmayan sakinlərlə” dəyişməyi təklif edib.

Ukraynalı siyasətçi Viktor Medvedçukun müraciəti Ukrayna Təhlükəsizlik Xidməti tərəfindən yayılıb. 

Aprelin 12-də Ukrayna prezidenti Vladimir Zelenski Ukraynada müharibə başlayandan sonra ev dustaqlığından qaçdığı deyilən Medvedçukun saxlandığını açıqlayıb. UTX bildirib ki, Medvedçuk FTX-nin köməyi ilə ölkədən qaçmağı planlaşdırıb.

Vladimir Zelenski Medvedçukun Ukrayna hərbçiləri ilə dəyişdirilməsini təklif edib, lakin Kreml Medvedçukun Rusiya vətəndaşı olmadığını və “xüsusi əməliyyat”la heç bir əlaqəsinin olmadığını bildirib.

Bundan əvvəl Medvedçukun həyat yoldaşı Oksana Marçenko ərini Ukraynada döyüşən və əsir düşən iki britaniyalı ilə dəyişməyi təklif etdiyi videomüraciət yayıb. İngilislərin özləri də Britaniyanın baş naziri Boris Consondan onları Medvedçukla dəyişməyi xahiş ediblər.

Oksana Marçenko hesab edir ki, əri siyasi motivlərlə təqib olunur və onun ev dustaqlığından qaçması uydurmadır.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ