Türkiyənin “Claw-Lock” əməliyyatı: İraqın şimalında nə baş verir?

Türkiyə Müdafiə Nazirliyi İraqın şimalında Kürdüstan Fəhlə Partiyasının (PKK) yaraqlılarına qarşı yeni hərbi əməliyyata başlayıb.

Buta.media-nın xəbərinə görə, bu barədə Anadolu agentliyi məlumat yayıb.

Qeyd olunur ki, “Claw-Lock” adlı əməliyyata xüsusi təyinatlı dəstələr və hərbi-hava qüvvələri cəlb olunub. Türkiyə müdafiə naziri Hulusi Akarın sözlərinə görə, təyyarələr PKK-nın bunkerləri, tunelləri, mağaraları və anbarlarına zərbələr endiriblər.

“İlk mərhələdə qarşıya qoyulan məqsədlərə nail olduq. 40 il müddətində millətimizi izləyən terror bəlasından qurtulmaq niyyətindədyik”, - nazir bildirib və əlavə edib ki, mübarizə sonuncu terrorçu məhv edilənə qədər davam edəcək.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ