Müharibədə ölən uşaqların sayı 200-ü keçdi

"Rusiyanın Ukraynaya hərbi müdaxiləsi nəticəsində 202 uşaq ölüb, 361 uşaq güllə və qəlpə yarası alıb”.

Məlumatı Ukraynanın Baş Prokurorluğu yayıb.

Bildirilib ki, müharibə nəticəsində 563 uşaq müxtəlif dərəcədə bədən xəsarətləri alıblar.

Uşaqlar daha çox Donetsk, Kiyev, Xarkov, Çerniqov, Nikolayev, Xerson, Luqansk, Zaporojye vilayətlərində, Kiyev, Sumı, Jitomir şəhərlərində xəsarət alıb. Prokurorluqdan qeyd olunub ki, bu rəqəmlər son göstərici deyil, müvəqqəti işğal altında olan və azad edilən Ukrayna ərazilərində uşaqlarla bağlı informasiyaların toplanması davam edir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ