Karaulov: Putin nüvə silahından istifadə edəcək, milyonlarla insan öləcək - VİDEO

Kremlə yaxın olan tanınmış publisist və jurnalist Andery Karaulov Ukrayna vətəndaşları və prezidenti Volodimir Zelenskiyə müraciət edərək milyonlarla insanların həyatını xilas etmək üçün təslim olmağı təklif edib.

Buta.media xəbər verir ki, Karaulov videomüraciəti öz YouTube kanalında yerləşdirib.

Ekspert hesab edir ki, Putin yaxın vaxtlarda Ukraynaya müharibə elan edəcək. 

“Mən Baş Qərargahın genaralları və müdafiə naziri ilə çoxdan danışmıram, dediklərim yalnız öz intuisiyam və təcrübəmdən irəli gəlir. Putin dayanmayacaq, onu başqa yolu yoxdur”, - o deyib.

Publisist qeyd edib ki, bu başqa müharibə olacaq - raket silahlarından, o cümlədən Yars və Bulavadan istifadə etməklə. Nəticədə milyonlarla insan öləcək, bəlkə də on milyonlarla.

O həmçinin bəyan edib ki, gündəmdə Ukraynaya qarşı nüvə silahından istifadə etmək durur.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ