Rusiya Qərb silahı ilə yüklənmiş Ukrayna təyyarəsini vurdu


Rusiya HHM vasitələri Odessa rayonunda Qərb silahlarını daşıyan Ukrayna hərbi nəqliyyat təyyarəsini vurublar.

Buta.media-nın xəbərinə görə, bu barədə RF Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi general-mayor İqor Konaşenkov bəyan edib.

Onun sözlərinə görə, operativ-taktiki aviasiya vasitəsi ilə gün ərzində Ukrayna ordusunun hərbi texnikası və şəxsi heyətinin yerləşdiyi 67 məntəqə məhv edilib.

“Raket qoşunları 317 hərbi obyekti, o cümlədən 247 dayaq məntəqəsi və şəxsi heyətin cəmləşdiyi rayon, 24 idarəetmə məntəqəsi və iki Ukrayna ordusu üçün yanacaq saxlayan səhra anbarını vurublar. Bundan əlavə Lozovaya və Vesyolaya yaşayış məntəqələri üzərində iki Ukrayna PUA-sı məhv edilib”, - Konaşenkov əlavə edib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ