Ukraynada daha bir rus general öldürüldü

Sankt-Peterburqun Serafimovski qəbiristanlığında 8-ci ordu komandirinin müavini, general-mayor Vladimir Frolovla vida mərasimi keçirilib.

Bu haqda şəhər administrasiyası məlumat yayıb.

“Bu gün biz əsl qəhrəmanla vidalaşırıq. Vladimir Petroviç Frolov ukraynalı millətçilərlə döyüşdə qəhrəmancasına həlak oldu. O, həyatını qurban verdi ki, Donbasda uşaqlar, qadınlar və qocalar daha bomba partlayışlarını eşitməsinlər ”, - deyə tədbirdə iştirak edən şəhər qubernatoru Aleksandr Beqlov bildirib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ