Müharibə zamanı 3000-ə qədər ukraynalı hərbçi həlak olub, daha 10 minə yaxını isə yaralanıb

Ukraynada həlak olan hərbçilərin sayı 3000 çatdı. Daha 10 min isə yaralanıb

Ukrayna prezidenti Vladimir Zelenski CNN telekanalına müsahibəsində deyib ki, müharibə zamanı 2500-3000 arasında Ukrayna əsgəri həlak olub. Daha 10 min əsgərin yaralandığını deyən o, "onlardan neçəsinin sağ qalacağını söyləmək çətindir" deyib.

Ukrayna prezidenti bildirib ki, dinc əhalinin itkilərini qiymətləndirmək daha çətindir, çünki ölkənin cənubunda və şərqində bir çox yaşayış məntəqələri blokadadadır və “biz orada nə qədər insanın öldüyünü bilmirik”.

Ukrayna müntəzəm olaraq yalnız Rusiya tərəfinin döyüş itkiləri haqqında məlumat verir, aprelin 15-nə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı 20 min nəfəri qiymətləndirir. Rusiya əsgərlərinin itkisi barədə sonuncu dəfə martın 25-də məlumat verib. Sonra elan olundu ki, müharibə başlayandan indiyədək 1351 rus hərbçisi həlak olub, 3825 nəfər yaralanıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ